Ermənistanda Baş Qərargah rəisi işdən çıxarılır - Paşinyan açıqladı

ermenistanda-bas-qerargah-reisi-isden-cixarilir
Oxunma sayı: 1914

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan vəzifəsindən azad ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib:

“Bu günun sonuna kimi yeni rəis seçiləcək, sabah isə onu təqdim edəcəm”. 

Qeyd edək ki, Akopyan 2016-cı ilin oktyabrından bəri bu postdadır.