Ermənistanda bəzi seçki məntəqələrində səslər yenidən sayılacaq

ermenistanda-bezi-secki-menteqelerinde-sesler-yeniden-sayilacaq
Oxunma sayı: 1407

Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 20-də keçirilmiş erkən parlament seçkiləri çərçivəsində 70 seçki məntəqəsindəki səslərin yenidən sayılacağını elan edib.

"Qafqazinfo" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistan MSK-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, daxil olmuş şikayətlər və müraciətlər əsasında səslərin təkrar sayılması iyunun 23-də olacaq.

Qeyd edək ki, səsvermə günü respublikada ümumilikdə 2008 seçki məntəqəsi fəaliyyət göstərib.