Ermənistanda bir ailənin 5 üzvü zəhərələnərək öldü

ermenistanda-bir-ailenin-5-uzvu-zeherelenerek-oldu
Oxunma sayı: 1359

Ermənistanda bir ailənin 5 üzvü dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Kotaysk əyalətinin Nor-Açn şəhərində olub. 77 yaşlı Janna Simonyan və onun 4 nəvəsi – 16 yaşlı Eduard, 12 yaşlı Serine, 15 yaşlı Tiqran, 14 yaşlı Janna mətbəxdə qaz sobasından sızma nəticəsində boğulublar. Məlumata görə, uşaqların valideynləri Ukraynada yaşayır.

Cəsədlər tibbi ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi açılıb.