Ermənistanda bir ailənin 6 üzvü güllələndi- - Əsas şübhəli rus hərbçisidir

ermenistanda-bir-ailenin-6-uzvu-gullelendi-
Oxunma sayı: 2246


"Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, evdə cəmi bir körpə anasının cəsədinin yanında yaralı olaraq tapılıb, çoxlu qan itirən körpənin vəziyyətinin ağır olduğu deyilir. 

Ermənistan mətbuatı isə ailə üzvlərini öldürən şəxsin bu ölkədəki Rusiya hərbi bazasının hərbçisi olduğunu yazır. Yerli polis orqanları isə belə bir versiyanın olduğunu və məsələnin araşdırılacağını bildiriblər.

İstintaq Komitəsinin rəisinin məsləhətçisi isə bildirib ki, onlara hərbi hissədən hərbçinin qaçması ilə bağlı məlumat daxil olub. Hadisə baş verən yerdən isə qaçan hərbçinin ad və soyadı yazılan əsgər ayaqqabısı tapılıb.