Ermənistanda bir gündə 600-dən çox yoluxma

ermenistanda-bir-gunde-600-den-cox-yoluxma
Oxunma sayı: 1229

Ermənistanda son sutka ərzində daha 612 nəfərdə koronavirus aşkarlanıb, 13 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 15 281-ə, bu virusdan ölənlərin sayı isə 258-ə yüksəlib.

Bundan əlavə, indiyədək 5 639 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 9 384 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.