Ermənistanda bir gündə 700-ə yaxın yoluxma

ermenistanda-bir-gunde-700-e-yaxin-yoluxma
Oxunma sayı: 1196

Ermənistanda son sutka ərzində daha 663 nəfərdə koronavirus aşkarlanıb, 5 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 16 667-yə, bu virusdan ölənlərin sayı isə 269-a yüksəlib.

Bundan əlavə, indiyədək 6 214 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 10 184 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.