Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 322 nəfər artaraq 5928-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 4 nəfər artaraq 74-ə çatıb. Ümumilikdə 2 874 pasiyent müalicə olunaraq sağalıb.
2 952 xəstənin müalicəsi davam etdirilir, 47 654 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.
Son xəbərlər
Son Xəbərlər