Ermənistanda bir gündə koronavirusa rekord yoluxma

ermenistanda-bir-gunde-koronavirusa-rekord-yoluxma
Oxunma sayı: 1666

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 335 nəfər artaraq 5606-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 70-ə çatıb. Ümumilikdə 2 581 pasiyent müalicə olunaraq sağalıb.

2 928 xəstənin müalicəsi davam etdirilir, 45 822  insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.