Ermənistanda bir gündə rekord yoluxma

ermenistanda-bir-gunde-rekord-yoluxma
Oxunma sayı: 2154

Ermənistanda son sutka ərzində 452 nəfər koronavirusa yoluxub. Bu isə ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

“Qafqazinfo” worldometer.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanaların sayı 7 113-ə çatıb. 

Ermənistanda son sutka əzrində koronavirusdan 6 nəfər ölüb. Covid-19-dan ölən ümumi xəstələrin sayı 87-dir. Sağalan xəstələrin sayı 3 145 nəfərdir.