Ermənistanda bir gündə rekord yoluxma

ermenistanda-bir-gunde-rekord-yoluxma
Oxunma sayı: 2802

Ermənistanda son sutka ərzində 723 nəfər koronavirusa yoluxub. Bu isə ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Bildirilib ki, bu günə qədər ümumilikdə 16 004 yoluxma faktı qeydə alınıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 6 nəfər artaraq 264-ə çatıb. Ümumilikdə 6 081  pasiyent müalicə olunaraq sağalıb.
9 568  xəstənin müalicəsi davam etdirilir, 80 130  insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.