Ermənistanda bir günə 1234 nəfər yoluxdu

ermenistanda-bir-gune-1234-nefer-yoluxdu
Oxunma sayı: 718

Ermənistanda koronavirusa yoluxanların sayı 66 min 694 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, son sutkada daha 1234 nəfər COVID-19-a yoluxub.

Daha 10 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1101-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.