Ermənistanda bir qrup siyasi xadim İstintaq Komitəsinə çağırıldı

ermenistanda-bir-qrup-siyasi-xadim-istintaq-komitesine-cagirildi
Oxunma sayı: 902

Ermənistanda bir neçə siyasi və ictimai xadim ölkənin İstintaq Komitəsinə çağırılıb.

“Qafqazinfo” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, çağırılan şəxslər arasında “Çiçəklənən Ermənistan” partiyasından keçmiş millət vəkili Araqaç Axonyan, Arşak Zakaryan, Tiqran Çobanyan, keçmiş boksçu İsrael Akopyan, Vaaqn Çaxalyan da var.

Qəzet yazır ki, sözügedən şəxslər yanvarın 28-i mitinq zamanı dövlət binalarını ələ keçirməklə bağlı başladılan cinayət işi çərçivəsində İstintaq Komitəsinə çağırılıblar. Qeyd olunur ki, burada söhbət 2020-ci il noyabrın 9-u Qarabağla bağlı imzalanan üçtərəfli bəyanata qarşı təşkil olunan etiraz aksiyalarından gedir. 

Araqaç Axonyanın sözlərinə görə, İstintaq Komitəsi həmin şəxslərə qarşı hakimiyyəti ələ keçirmək maddəsi ilə yeni ittiham irəli sürmək niyyətindədir.