Ermənistanda COVID-19-a yoluxanların sayı 40 mini ötdü

ermenistanda-covid-19-a-yoluxanlarin-sayi-40-mini-otdu
Oxunma sayı: 1191

Ermənistanda son sutka ərzində daha 23 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 40 433-ə, virus qurbanlarının sayı isə 796-ya yüksəlib.

Bundan əlavə, indiyədək 32 616 nəfər sağalıb. Ölkədə 7 021 aktiv koronavirus xəstəsi var.