Ermənistanda da koronavirusdan ilk ölüm qeydə alındı

ermenistanda-da-koronavirusdan-ilk-olum-qeyde-alindi
Oxunma sayı: 1851

Ermənistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

“Qafqazinfo” "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib. O bildirib ki, pandemiyanın Ermənistanda ilk qurbanı 72 yaşlı xəstə olub. Onda koronavirusla yanaşı ürək xəstəliyi, sətəlcəm, yüksək təzyiq və başqa ciddi xəstəliklər də olub. 

Qeyd edək ki, ümumilikdə Ermənistanda 290 nəfər koronavirusa yoluxub.