Ermənistanda daha 15 nəfər koronavirusdan öldü

ermenistanda-daha-15-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1585

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 442 nəfər artaraq 8216-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, xəstəlik səbəbindən ölənlərin sayı daha 15 nəfər artaraq 113-ə çatıb. Ümumilikdə 3287 pasiyent müalicə olunaraq sağalıb. 4816  xəstənin müalicəsi davam etdirilir, 54 931 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.