Ermənistanda daha 5 nəfər koronavirusa yoluxdu

ermenistanda-daha-5-nefer-koronavirusa-yoluxdu
Oxunma sayı: 1558

Ermənistanda koronavirusa yoluxanların sayı 8-dən 13 nəfərə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan sosial şəbəkə hesabında məlumat yayıb.

“İndiyədək bizdə 13 koronavirusa yoluxma faktı təsdiqini tapıb”, - nazirlik rəsmisi Feysbukda yazıb.

Onun sözlərinə görə, virusa yoluxanların hamısının vəziyyəti qənaətbəxşdir, yalnız birinə pnevmoniya diaqnozu qoyulub.