Ermənistanda daha bir hərbçi saxlanıldı

Ermənistanda daha bir hərbçi saxlanıldı
Oxunma sayı: 1155

Xəbər verdiyimiz kimi, noyabrın 24-ü Ermənistanın Tavuş rayonunda hərbi hissələrin birində müddətdən artıq xidmətdə olan hərbçi Suren Avetisyan başından güllə yarası alaraq ölüb.

“Qafqazinfo” Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Suren Avetisyanın ölümü ilə bağlı onun xidmət yoldaşı saxlanılıb. 

İlkin məlumata görə, Avetisyanın yoldaşı silahla davranış qaydasını pozduğundan sözügedən insident baş verib. 

Faktla bağlı cinayət işi başlanılıb və ilkin istintaq əməliyyatları davam etdirilir.

Həmçinin oxuyun: Ermənistan ordusunun iki hərbçisi həbs olundu