Ermənistanda daha bir keçmiş hərbi hissə ərazisi satılıb

Ermənistanda daha bir keçmiş hərbi hissə ərazisi satılıb
Oxunma sayı: 1987

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Ararat rayonunda nazirliyin balansında olan keçmiş hərbi hissənin ərazisini tanışlarına satıb.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, satılan 2 torpaq sahəsinin dəyəri 15 milyon dram (təxminən 30 min dollar) və 11 milyon dram (22 min dollardan çox) olub. Həmin ərazilər xüsusi statusa malik, fiziki və hüquqi şəxslərə verilməsi mümkün olmayan torpaq sahələridir. 

Satış işləri 2009-cu ildə müvafiq olaraq 4 milyon dram (təxminən 8 min dollar) və 2,5 milyon drama (5 min dollardan çox) həyata keçirilib. Alıcıların Müdafiə Nazirliyinin əməkdaşları ilə əlaqəsi olan şəxslər olduğu üzə çıxıb.

Nəticədə dövlətə 40 min dollara yaxın ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, daha əvvəl də Lori vilayətinin Stepanavan rayonunda hərbi hissənin ərazisi 58 milyon drama (təxminən 126 min dollar) satılmışdı və Ermənistana 122 milyon dramadək (təxminən 250 min dollar) ziyan dəymişdi.

Həmçinin oxuyun: Ermənistanda nazirlik rəsmisi hərbi hissəni satıb