Ermənistanda daha iki general istefaya göndərildi

ermenistanda-daha-iki-general-istefaya-gonderildi
Oxunma sayı: 1515

Ermənistan Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının rəisi general-mayor İşxan Matevosyan, həmçinin Silahlı Qüvvələrin Hava Müdafiə Qüvvələrinin rəisi general-mayor Armen Vardanyan vəzifələrindən azad edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən  xəbər verir ki, müvafiq fərmanları Ermənistan Prezidenti Armen Sarkisyan imzalayıb.

Qeyd edək ki, İ. Matevosyan 2015-ci ildə, A. Vardanyan isə 2012-ci ildə sözügedən vəzifələrə təyin edilib.