Ermənistanda deputatlığa namizəd həbs edildi

Ermənistanda deputatlığa namizəd həbs edildi
Oxunma sayı: 1951

Ermənistanda deputatlığa namizəd Q.S. həbs edilib.

“Qafqazinfo” erməni mediasına isitnadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi istintaq Xidmətinin məlumatında deyilir. Həbs edilən Q.S. seçicilərə rüşvət verməkdə ittiham olunur. Onunla yanaşı, X.M. və K.K. adlı polis əməkdaşları da saxlanılıb.

Qeyd edək ki, “Qürurum var” blokunun üzvü Arsen Babayan “Facebook” səhifəsində həbs edilən namizədin Qor Sedrakyan olduğunu yazıb.