Ermənistanda DİN yaradılır

Ermənistanda DİN yaradılır
Oxunma sayı: 5404

Ermənistan hökuməti ölkədə Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin bu gün keçirilən iclasında qərar verilib.

Məlumata görə, nazirliyin tərkibinə üç qurum -  Polis Xidməti, Xilasetmə Xidməti və Miqrasiya Xidməti daxil ediləcək.

Bununla yanaşı, ölkənin Fövqəladə Hallar Nazirliyinin ləğv ediləcəyi qeyd olunub.

Bununla belə, Ermənistan hökumətinin sözügedən qərarı parlament və ölkə Prezidenti tərəfindən təsdiq olunmalıdır.

Qeyd edək ki, Ermənistanda 2003-cü ilə qədər Daxili İşlər Nazirliyi mövcud olub. Qurumun həmin dövrdən etibarən strukturu dəyişdirilərək Ermənistan hökuməti yanında orqan olan polisə çevrilib.