Ermənistanda “donuz qripi”ndən daha bir nəfər öldü

ermenistanda-donuz-qripinden-daha-bir-nefer-oldu
Oxunma sayı: 763

Ermənistanda “donuz qripi”ndən ( H1N1) ikinci ölüm faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 62 yaşlı kişi “donuz qripi”ndən daha da ağırlaşan ürək-ağciyər çatışmazlığından dünyasını dəyişib. 

Xəstənin həkimə gec müraciət etdiyi bildirilir.