Ermənistanda eks-mer 205 milyona azadlığa çıxıb

ermenistanda-eks-mer-205-milyona-azadliga-cixib
Oxunma sayı: 757

Ermənistanın Razdan şəhərinin keçmiş meri Aram Danielyanın külli miqdarda pul ödəməklə azadlığa çıxdığı məlum olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb. 

Məlumata görə, fevralın 26-da saxlanılan Danielyan azadlığı üçün 205 min dollar (102 milyon dram) ödəyib.

Qeyd edək ki, o, 2015-2018-ci illərdə icma idarəsinə məxsus torpaq mülkiyyətindən külli miqdarda vergi tutmaqda şübhəli bilinir.