Ermənistanda əsgər öldü

ermenistanda-esger-oldu
Oxunma sayı: 2488

Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin əsgəri ölüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Sisyandakı hərbi hissədə həqiqi hərbi xidmət keçən David Nersesyanın vəziyyəti 9:40-da qəfil pisləşib. Huşunu itirən əsgəri hospitala aparsalar da, 10:00-da ölüb.

Onun bədənində zorakılıq izləri aşkar edilməyib.

Faktla bağlı cinayət işi açılıb, tibbi-məhkəmə ekspertizası təyin olunub.