Ermənistanda etiraz aksiyası, saxlanılanlar var - Video

ermenistanda-etiraz-aksiyasi-saxlanilanlar-var
Oxunma sayı: 1182

Ermənistanın Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

Məlumata əsasən, aksiya iştirakçıları oktyabrın 1-nə kimi bütün işçilərin koronavirusa qarşı peyvənd edilməsini və yaxud ayda iki dəfə PCR testindən keçməsini tələb edən əmrin ləğv edilməsini tələb edirlər. 

Həkim Hovanes Gevorqyan bildirib ki, onlar bu qərara qarşıdırlar. Belə ki, sözügedən qərar Konstitusiya əleyhinədir və insan hüquqlarını pozur. O, həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi səhiyyə sahəsində bütün xidmətlərin maliyyələşdirilməsini dayandırıb. 

Bildirilir ki, bu zaman polis əməkdaşı H. Gevorqyana yaxınlaşıb və ictimai asayişi pozduğu halda onu bölməyə aparacaqları barədə xəbərdarlıq edib. Bir müddət sonra belə də olub və etirazçı həkim polis tərəfindən saxlanılıb. Bunun ardınca, polis daha bir aksiya iştirakçısını saxlayıb.