Ermənistanda etiraz aksiyasında 51 nəfər saxlanıldı - Yenilənib

Ermənistanda etiraz aksiyasında 51 nəfər saxlanıldı
Oxunma sayı: 612

Ermənistanda hökumət binasının qarşısında növbəti etiraz aksiyası keçirilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bina qarşısında toplaşan aksiya iştirakçıları “Nikol xaindir” şüarını səsləndiriblər.

Baş nazir Nikol Paşinyan müxalifət tərəfdarlarının ona qarşı səsləndirdiyi şüarlar altında hökumət binasına daxil olub.

25 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılaraq bölmələrə aparılıb.

***

Rəsmi məlumatlara görə, 51 nəfər polis bölməsinə aparılıb.