Ermənistanda etiraz aksiyasında 6 nəfər saxlanıldı

Ermənistanda etiraz aksiyasında 6 nəfər saxlanıldı
Oxunma sayı: 983

Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası keçirilib.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasına dair müzakirə olunan məsələlərin ictimaiyyətə açıqlanmasını tələb edirlər.

Aksiya zamanı iştirakçılar yolları bağlayıb. Nəticədə Saxarova meydanında hərəkət iflic vəziyyətə düşüb. 

Polislərin tələblərinə riayət etməyən 6 iştirakçı saxlanılıb.

Qeyd edək ki, son bir neçə həftədir ki, Ermənistanda müxalif qüvvələr və ictimai təşkilatlar etiraz aksiyaları təşkil edirlər.