Ermənistanda etirazlar zamanı toqquşmalar oldu - Video

ermenistanda-etirazlar-zamani-toqqusmalar-oldu
Oxunma sayı: 1753

Ermənistanda Baş Prokurorluğun binası qarşısında polislə etirazçılar arasında toqquşmalar olub.

“Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, etirazçıların prokurorluq binasına yumurta atmasından sonra vəziyyət ciddiləşib. Aksiyaçılara qarşı güc tətbiq edən polis 14 nəfəri saxlayıb, bir nəfər polis əməkdaşı xəsarət alıb. Vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, Yerevanda keçirilən mitinqdə aksiyaçılar Sünik vilayətinin həbs olunan icma rəhbərlərinin azadlığa buraxılmasını tələb edirlər.