Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

ermenistanda-fovqelade-veziyyet-rejimi-uzadildi
Oxunma sayı: 2107

Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar verilib. Bildirilib ki, yoluxma hallarının sayının kifayət qədər çox olması bu qərarın verilməsinə səbəb olub. Belə ki, son 24 saatda daha 142 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb daha bir nəfər xəstəlikdən vəfat edib. Ümumilikdə 14 may tarixinə qədər isə 3 860 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb, onlardan 49 nəfəri xəstəlik səbəbindən həyatını itirib. Bu günə qədər 1 572 nəfərin sağaldığı, 2121 pasiyentin müalicəsinin isə davam etdiyi bildirilib.