Ermənistan Nazirlər Kabineti sabahkı növbədənkənar iclasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində tətbiq edilmiş fövqəladə vəziyyət rejimini bir ay müddətinə uzadacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Nikol Paşinyan bildirib.
“Sabah hökumətin növbədənkənar iclası baş tutacaq, hansında ki, biz fövqəladə vəziyyət rejiminin bir ay müddətinə uzadılması barədə qərar qəbul edəcəyik”, - Paşinyan brifinq zamanı deyib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin müddəti uzadılır, çünki onu zəruri edən səbəblər hələ aradan qaldırılmayıb.
Xatırladaq ki, Ermənistanda koronavirusun yayılması ilə mübarizə məqsədi ilə martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət rejimi elan edilmişdi. 11 iyuna olan məlumata əsasən, ölkədə 14 669 nəfərdə COVID-19 aşkarlanıb, 5 466 nəfər sağalıb və 245 pasiyent vəfat edib.
Son xəbərlər
Son Xəbərlər