Ermənistanda gələn il növbədənkənar seçkilər keçiriləcək

ermenistanda-gelen-il-novbedenkenar-seckiler-kecirilecek
Oxunma sayı: 869

“Əgər Ermənistanda siyasi vəziyyət indiki kimi qalacaqsa, o zaman gələn il ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib.

“Ən vacib hədəfimiz demokratik, şəffaf və azad seçkilər keçirməkdir. Bizim problemimiz siyasi dəyişikliklərin digər siyasətçilər üçün gözlənilməz olmasıdır. İndi biz növbədənkənar seçkilər keçirsək, bu, digər siyasi xadimlər üçün bərabər vəziyyət yaratmayacaq. Biz  qeyri-bərabər siyasi sahəyə malik olmaq istəmirik. Siyasi rəqiblərimizə seçkilərə hazırlaşmaq üçün vaxt vermək istəyirik”, - deyə Paşinyan söyləyib.