Ermənistanda generallar istefaya göndərildi

ermenistanda-generallar-istefaya-gonderildi
Oxunma sayı: 2122

Ermənistanın hərbi polis rəisi, general-mayor Artur Baqdasaryan istefaya göndərilib.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı prezident Armen Sarkisyan imzalayıb. Baqdasaryan Ermənistanın hərbi polisinə 2017-ci ildən rəhbərlik edirdi.

Qeyd edək ki, bu gün Ermənistanın Müdafiə Nazirliyinin şəxsi heyəti ilə iş üzrə idarə rəisi, general-mayor Aleksan Aleksanyan da istefaya göndərilib.

Verilmiş qərarlar Ermənistan ordusunda ilin əvvəlindən 13 hərbçinin ölümü ilə əlaqələndirilir. Onlardan 3-ü intihar hadisəsidir.