İşğalçı Ermənistanda kütləvi etirazlardan sonra Nikol Paşinyan baş nazir seçilsə də, siyasi gərginlik davam edir.
“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, ölkənin Müdafiə naziri Viqen Sarkisyan vəzifəsindən istefa verib.
O, siyasi vəziyyətin gərgin olması səbəbindən bu addımı atdığnı açıqlayıb.
Xatırladaq ki, N.Paşinyan müdafiə nazirini dəyişmək niyyətində olduğunu bildirmişdi.
Qeyd edək ki, bir neçə gün öncə mədəniyyət naziri Armen Əmiryan, bu gün müdafiə nazirinin iki müavini də istefa verib.
Son xəbərlər
Son Xəbərlər