Ermənistanda gündəlik yoluxma sayında yeni rekord

ermenistanda-gundelik-yoluxma-sayinda-yeni-rekord
Oxunma sayı: 2761

Ermənistanda son sutka ərzində 771 nəfər koronavirusa yoluxub. Bu isə ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Bildirilib ki, bu günə qədər ümumilikdə 22 488 yoluxma faktı qeydə alınıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 11 nəfər artaraq 397-yə çatıb. Ümumilikdə 11 335 pasiyent müalicə olunaraq sağalıb.

10 625 xəstənin müalicəsi davam etdirilir, 102 736  insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.