Ermənistanda günlük yoluxma 2 mini keçdi

ermenistanda-gunluk-yoluxma-2-mini-kecdi
Oxunma sayı: 1755

Ermənistanda son sutka ərzində daha 2306 nəfərdə COVID-19 aşkarlanması ilə gündəlik yoluxma sayında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla Ermənistanda koronavirusa yoluxanların sayı 70 min 836 nəfərə çatıb.

Daha 10 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1 131-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.