Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının ofisi yaxınlığında atışma olub, bir nəfər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “1news” məlumat yayıb.
Bildirilib ki, hadisəni törədən Armen.Q Ermənistanda tanınmış pivə zavodunun sahibi “Samiko”nun oğludur.
Güllə yarası alan isə 27 yaşlı İrəvan sakinidir.
Yaralanan şəxs “Erebuni” tibb mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.