Ermənistanda hakimin oğlu oğurlanıb

ermenistanda-hakimin-oglu-ogurlanib
Oxunma sayı: 1525

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın 8 yaşlı oğlu oğurlanıb.

“Qafqazinfo”nun “shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, 61 yaşlı Nazaryan yanvarın 27-də polis bölməsinə müraciət edərək, 8 yaşlı oğlunu yanvarın 24-də keçmiş həyat yoldaşı, 41 yaşlı Annaya verdiyini bildirib.

O, eks-xanımının oğlunu naməlum istiqamətə apardığını deyərək bunda oğurluq əlamətinin olduğunu qeyd edib.

Faktla bağlı araşdırma aparılır.