“Ermənistanda hakimiyyətə elə qüvvələr gələcək ki...”

ermenistanda-hakimiyyete-ele-quvveler-gelecek-ki
Oxunma sayı: 1847


“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu fikirləri Tbilisidə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.

Nazir deyib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və Gürcüstandan keçən layihələr qlobal xarakter daşıyır. Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər bu layihələrdə yer almayacaq. Ermənistan hakimiyyəti ilk növbədə işğala son qoymalı, qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır.

“İnanıram ki, gec-tez bu məsələ öz ədalətli həllini tapacaq. Ermənistanda hakimiyyətə elə qüvvələr gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr quracaq, regional layihələrə qatılmaq üçün normal şərait yaradacaqlar” – deyə E.Məmmədyarov vurğulayıb.