Ermənistanda hərbçi güllə yarasından öldü

ermenistanda-herbci-gulle-yarasindan-oldu
Oxunma sayı: 3475

Ermənistan ordusunun hərbçisi naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, hərbçi Armen Qasparyanın cəsədi bu gün səhər saatlarında ölkənin hərbi hissələrinin birində aşkar edilib. 

Hazırda faktla bağlı araşdırma aparılır.