Ermənistanda hərbçilər koronavirusa yoluxdu

ermenistanda-herbciler-koronavirusa-yoluxdu
Oxunma sayı: 3033

Ermənistan ordusunun 3 hərbçisi koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə naziri David Tonayan məlumat verib. Nazir bildirib ki, martın 25-də hər üç hərbçidən test götürülüb və nəticələr pozitiv çıxıb. Məlumata görə, diaqnoz qoyulan əsgələrdən birinin ailəsində koronavirusa yoluxan olub. 

Qeyd edək ki, hərbçilər koronavirus şübhəsiylə əvvəlcədən ordudan izolyasiya olunublar. Hər 3 hərbçi xəstəxanaya yerləşdirilib. Onlardan birinin temperaturu var, digər iki hərbçidə isə hələ ki, simptomlar özünü göstərmir.