Ermənistanda hərbçilər qəzaya düşdü - 2 ölü, 3 yaralı

ermenistanda-herbciler-qezaya-dusdu
Oxunma sayı: 2553

Ermənistanda tərxis olunmuş hərbçiləri daşıyan avtomobil qəzaya düşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Sünik vilayətində qeydə alınıb. 

Qorayk kəndində baş verən hadisə nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Ölənlərdən biri sürücü, digəri isə sərnişin olub.

Qəzanın səbəbləri açıqlanmayıb.