Ermənistanda hərbçini əsgər yoldaşı güllələyibmiş - Yenilənib

ermenistanda-herbcini-esger-yoldasi-gulleleyibmis
Oxunma sayı: 2476

09:14

Ermənistanda hərbi hissələrin birində hərbçi özünü güllələyib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, A.A adlı hərbçi silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma başlanılıb.

12:13

Ermənistanın İstintaq Komitəsi A.A. adlı erməni hərbçinin yaralanmasının detallarını açıqlayıb. 

Məlumata görə, hərbçilərdən biri digər hərbçinin “AK-74” avtomatını təmizləyərkən atəş açılıb və A.A. baş nahiyəsindən yaralanıb. O, xəstəxanaya çatdırılıb. Atəş açan hərbçi isə saxlanılıb.