Ermənistanda hərbi avtomobil qəzaya düşdü - 11 yaralı + Foto

ermenistanda-herbi-avtomobil-qezaya-dusdu
Oxunma sayı: 1756

Ermənistanın Vayots Dzor vilayətində hərbi yük avtomobili qəza törədib.

“Qafqazinfo” “Shamshyan.com”a istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında İrəvan-Mehri avtomobil yolunun 127 kilometrliyində baş verib.

Hadisə nəticəsində 11 əsgər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.