Ermənistanda hökumət binasında yanğın olub

ermenistanda-hokumet-binasinda-yangin-olub
Oxunma sayı: 1079

Ermənistanda hökumət binasında yanğın olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Yanğın binanın birinci korpusunun 4-cü mərtəbəsində meydana gəlib. Məlumata görə, ofis əmlakına ziyan dəyib.

Yanğın söndürülüb. Xəsarət alanlar barədə məlumat yoxdur.