Ermənistanda hökumətə qarşı narazılıqlar artır

ermenistanda-hokumete-qarsi-naraziliqlar-artir
Oxunma sayı: 763

Ermənistanın cəzaçəkmə müəssisələrində ölkənin hazırkı rəhbərliyinə qarşı narazılıq halları artmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yazıb. Bildirilir ki, məhbusların əksəriyyəti Ermənistanın müstəqilliyinin 30 ili münasibətilə amnistiya elan olunacağına ümid edirdilər.

“Ənənəyə görə, həmin gün, xüsusən də yubiley illərində elə də olurdu və bir çox məhbus bu imkandan yararlanırdı. Lakin cari ildə bu baş vermədi. Məsələ burasındadır ki, burada da vəziyyət dəyişib. Keçmişdə siyasi rəhbərlik amnistiyanı öz maraqları üçün istifadə edirdisə və həbsdə olan kriminal avtoritetlərə hökumətin maraqlarının qorunması ilə bağlı saziş təklif edirdisə, indi buna ehtiyac qalmayıb. Müharibədən sonra isə məhbusların əksəriyyəti Nikol Paşinyana və hazırkı hökumətə qarşı mövqeyə sahibdirlər. Xüsusilə də kriminal avtoritetlər arasında torpaqları verən və çox sayda qurbanların olmasına səbəb olanları dəstəkləməklə bağlı tabu var”, - deyə qəzet yazır.