Ermənistanda hökumətin bugünkü iclasının saatı dəyişdirildi

ermenistanda-hokumetin-bugunku-iclasinin-saati-deyisdirildi
Oxunma sayı: 1482

Ermənistan hökumətinin bu gün keçiriləcək iclasının vaxtı dəyişdirilib.

“Qafqazinfo” “NEWS.am”a istinadən xəbər verir ki, iclas 11:00-da deyil, 15:00-da baş tutacaq.

Məlumata görə, adətən hökumətin iclası cümə axşamı səhər saatlarında keçirilir.

Qeyd edək ki, bir neçə gündür Ermənistan parlamentinin binası önündə ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar keçirilir. Aksiya iştirakçıları Paşinyana qarşı impiçment prosedurunun başladılmasını tələb edirlər. Aksiyanın bu gün də davam etdiriləcəyi bildirilir.