Ermənistanda içkidən zəhərlənənlərin sayı artdı

ermenistanda-ickiden-zeherlenenlerin-sayi-artdi
Oxunma sayı: 1600

Yerevan, Armavir və Kotaykdə alkoqol intoksikasiyasından ölənlərin sayı 17-yə çatıb, ümumilikdə 46 nəfər zəhərlənib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Daha əvvəl 10 nəfərin öldüyü barədə xəbər verilirdi.

Nazirlikdə qeyd ediblər ki, Armavir vilayətində 29 zəhərlənmə, 9 ölüm, Yerevanda 15 zəhərlənmə, 7 ölüm, Kotayk vilayətində isə 2 zəhərlənmə, 1 ölüm halı qeydə alınıb.

Ermənistanın İstintaq Komitəsi cinayət işi açıb.

Saxta araq satmaqda şübhəli bilinən 50 yaşlı Armavir sakini saxlanılıb.