Ermənistanda icma rəhbəri saxlanıldı

ermenistanda-icma-rehberi-saxlanildi
Oxunma sayı: 2324

Ermənistanın Berd icmasının rəhbəri vəzifəsini icra edən Samvel Ovsepyan saxlanılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib. O bildirib ki, Ovsepyan İcevan polis bölməsinə aparılıb. 

"Mənə dedilər ki, onu əvvəlcə Berd polis bölməsinə aparıblar, iki saat sonra isə İcevana aparıblar. Başqa təfərrüatları bilmirəm", - Rita Ovsepyan deyib.

Polisin mətbuat xidmətindən bildiriblər ki, Ovsepyan dindirilməyə çağırılıb. O, sentyabrın 25-də keçirilən yerli seçkilər zamanı seçki prosesinə müdaxilə ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.