Ermənistanda iki polkovniklə bağlı araşdırma başladıldı

ermenistanda-iki-polkovnikle-bagli-arasdirma-basladildi
Oxunma sayı: 1535

Ermənistanda iki hərbi hissənin komandirinə qarşı xidməti araşdırma başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki,  “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna görə, polkovnik Tadevosyan və Qevorkyanın səlahiyyətləri istintaq dövründə müvəqqəti dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl müxalifət nümayəndələri hər iki polkovnikin səlahiyyətlərinin siyasi baxışlarına və müvəqqəti Baş nazir Nikol Paşinyanı dəstəkləməkdən imtina etdiklərinə görə ləğv olunduğunu bildirmişdi.