Ermənistanda intihar edən hərbçinin atası aclıq aksiyasına başladı

ermenistanda-intihar-eden-herbcinin-atasi-acliq-aksiyasina-basladi
Oxunma sayı: 1091

Ermənistanda qeyri-döyüş şəraitində ölən hərbi qulluqçu Arman Muradyanın atası Ovsep Muradyan ölkənin Nazirlər Kabinetinin qarşısında müddətsiz aclıq aksiyasına və oturaq aksiyaya başlayıb.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, sözügedən hərbçi 2013-cü ildə hərbi hissələrin birində intihar edib.

Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ilin yayında bu cür məsələlərin hər birini araşdıracaq İşçi Qrupun yaradılmasını təklif edib. Bu zaman Komissiya yaradılıb və araşdırılacaq işlərin siyahısı tərtib olunub. Komissiya bu günə qədər bir neçə işi araşdırıb və hazırda sıra Arman Muradyana çatıb. Bir neçə gün əvvəl Ovsep Muradyan Komissiyanın sıranı pozaraq oğlunun işinə baxmayaraq, başqa işi araşdırmağa başladığını öyrənib.

O, buna etiraz olaraq aksiyaya başlayıb və cinayət işinin bütün müddəalarının araşdırılmasını tələb edir.